Notariat hereketleri

Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyinin Konsulluq şöbəsində aşağıdakı notariat hərəkətlərini aparır:

  1. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və həmin əmlakın girov qoyulması barədə müqavilələr istisna olmaqla əqdləri və etibarnamələri təsdiq edir;
  2. miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;
  3. vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;
  4. ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;
  5. sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;
  6. sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;
  7. sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;
  8. şəxsin sağ olması faktını təsdiq edir;
  9. şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;
  10. şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;
  11. sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;
  12. öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir;
  13. icra qeydləri aparır;
  14. sənədləri saxlanmaq üçün qəbul edir;
  15. dəniz protestləri tərtib edir;
  16. sübutları təmin edir.

Bundan başqa konsul əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədlər və məlumatlar tələb edə bilər.

Notariat hərəkəti yalnız onun üçün dövlət rüsumu ödənildikdən sonra aparılır.