Yunanistana səyahət edənlərin nəzərinə

Terrorizm

Yunanıstanda terror hadisəsinin törədilməsi ilə bağlı ümumi təhlükə mövcuddur. Yerli və xarici fiziki və hüquqi şəxslər yerli terroristik təşkilat olan İnqilabı Mübarizənin əsas hədəfləri sırasındadır. Bu baxımdan Yunanıstanda mövcud olan terrorist hücumları riskindən müdafiə olunmaq məqsədilə KİV-dən mütəmadi olaraq, istifadə edərək mümkün yeni təhlükəsizlik tədbirləri və riskləri ilə bağlı məlumat toplamağınız tövsiyə edilir.

Nümayiş və kütləvi iğtişaşlar

Nümayişlərə və kütləvi iğtişaşlar Afinada və Saloniki daxil olmaqla Yunanıstanın digər böyük şəhərlərində adi haldır. Bununla əlaqədar vəziyyət gözlənilməzdir və etiraz nümayişləri istənilən zaman baş verə bilər. Azərbaycan vətəndaşları Afina, Salonikdə və Yunanıstanın digər böyük şəhərlərində bu baxımdan xüsusi ilə ehtiyatlı olmalıdırlar. Bununla əlaqədar məlumat yerli mətbuatdan və qaldıqlarınız mehmanxananın təhlükəsizlik xidmətindən əldə etmək olar. Kütləvi iğtişaşlar Afinada əsasən Politexnik Universiteti, Omoniya, Eksarxiya baş verir, nümayişlər isə Afinada Sintaqma Meydanına, Salonikdə isə Atistotel Meydanına yaxın ərazilərdə keçirilir.

Cinayət halları

Kiçik ölçülü cinayətlərdən olan pul kisələrinin oğurlanması və cibgirlik xüsusən Yunanıstanın böyük şəhərlərində geniş yayılmışdır. Bu xarekterli cinayətlər əsasən turistik bölgələrdə və ictimai nəqliyyat vasitələrində baş verir. Yunanıstanda cibgirlik əsasən metro və dəmiryolu stansiyalarında baş verir. Buna görə də səyahətçilər ictimai nəqliyyat vasitələrindən istifadə edərkən daşıdıqları əşyalara çox diqqət yetirməlidirlər. Afinada əsasən Omoniya cinayətkarlığın ən geniş yayıldığı bölgələrdən biridir.

Yuanıstanda artmaqda olan digər bir cinayət növü isə dayanmaqda olan avtomobildən oğurluq edilməsidir. Oğurlar avtomobildə pul kisəsi və digər dəgərli əşyaların saxlandığını gördükdə, şüşəni sındıraraq motosikilet vasitəsi ilə hadisə yerini dərhal tərk edirlər. Buna görə də dəyərli əşyalarınızı avtomobildə bayırdan görülməsi mümkün olan yerlərdə tərk etməyin.

Son zamanlar əsasən Afinada və Salonikdə fəaliyyət göstərən Bank bölmələrinə edilən silahlı basqınlar artmaqdadır.

Nəqliyyat təhlükəsizliyi və yol vəziyyəti

Avtomobili idarə edərkən motoskiletlərə xüsusi diqqət yetirilməsi tövsiyyə olunur. İşıqforla tənzimlənən küçəni keçərkən işıqforun yaşlı işığı ilə birlikdə həmin istiqamətdə avtomobillərin hərəkətinə diqqət yetirilməsi məsləhət görülür. İşıqforla tənzimlənməyən yolu keçərkən xüsusi ilə diqqətli olmaq lazımdır.